fbpx

Rabalon şirkəti, kiçik biznesin rəqəmsal texnologiya məkanında üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün, peşakar komanda tərəfindən yaradılıb. Şirkətimizin fəaliyyəti iki yönlüdür: buraya mövcud olan həll yollarının araşdırılması və xidmətlərin icra olunması daxildir. Axtardığımız həllər mövcud olmadıqda isə, daxili texnologiyaların inkişaf planını tərtib edərək, mümkün olan opsiyaları sifarişçiyə təqdim edirik. Əsas məqsədimiz isə, bir-biri ilə uzlaşan ekosistem texnoloqiyasının yaradılmasıdır. Hər bir müştəriyə fərdi yanaşaraq, onun arzu və istəklərini yüksək səviyyədə həyata keçiririk. İlk öncə, sifarişçinin bazar daxili imkanları nəzər alınaraq, strateqiya planı hazırlanır. Daha sonra isə, mövcud olan və ya gələcəkdə yarana bilən texnoloji çətinliklər düzgün şəkildə qiymətləndirilir. İşin icrası sifarişçinin istəklərinə görə dəyişə bilər. Bəzi hallarda, texnoloqiya sahəsində yalnız öz tövsiyyələrimizlə kifayətlənirik. Amma əksər hallarda isə, müştərilərimizə yeni sistemlərin tətbiqini və uzunmüddətli idarəetmə imkanlarını aşılayırıq. Hər bir müştəri ilə fərdi olaraq geniş təlim proqramı keçiririk və gələcəkdə heç bir çətinlik olmadan çalışmaları üçün, bütün lazımi sənəd və təlimatlarnan təmin edirik.

Müştərilərimizə, yeni texnologiyalar ilə tanışlıqdan əlavə, onlar üçün daha çox müştəri bazası cəlb etməyə və öz təcrübələrini artırmaqa kömək edirik. Əsas fəaliyyətimiz, e-poçt marketinq strateqiyası, sadiqlik proqramları, müxtəlif IT xidmətləri, müştəri dəstək platformalarının yaradılmasından və hədəflənmiş marketing üçün zəruri məlumatların toplanmasından ibarətdir. Lakin xidmətlərimiz qeyd olunan siyahı ilə tamamlanmır. Rabalon - müasir IT şirkətlər arasında öz peşakarlığı ilə seçilir və biznes məqsədlərinizə daha tez və daha effektiv çatması üçün çalışır. Doğru kanal və auditoriyanı seçərək, sizə güvəndiyiniz tərəfdaş olmaqa hazırıq. 

Xidmətlər