fbpx

İOT həlləri

Rabalon-un təqdim etdiyi Smart Retail (Ağıllı Pərakəndə) həlləri alış-veriş mərkəzləri, supermarketlər və digər pərakəndə satış məkanları üçün nəzərdə tutulub. Sensorlardan, xüsusi mayaklardan və cloud əsaslı platformalardan istifadə edərək, mağaza öz təkliflərini birbaşa müştərinin mobil cihazına göndərə bilər və mallarının təbliğatını daha rahat və effektiv yollarla həyata keçirə bilər. Həmin platformaların üstünlükləri:

Rabalon şirkəti əhalinin həyat tərzinin keyfiyyətini yaxşılaşdıran və iqtisadi artımını sürətləndirən bir sıra Ağıllı bina həllərini hazırlayıb, ərsəyə gətirmişdir. Buraya ağıllı bina/parkinq layihəsindən başlayaraq, ağıllı enerji/işıqlandırma/yol idarəçiliyi, və ya ağıllı əkinçilik layihəsinədək, müxtəlif həll yolları daxildir.

IoT (Internet of Things) həlləri yalnız bir-biri ilə birləşdirilmiş cihazlara şamil olunmur, bu həmçinin onları idarə edən sensor, şəbəkə və platformalara da aid edilir. Rabalon, xüsusi IoT ekosistemlər vasitəsi ilə, şirkətinizin texnoloji ehtiyyaclarını təmin edəcək.

Bizim IoT mühəndislərimiz, ağır sənayedən tutmuş - ağıllı şəhər layihəsinədək; neft/qaz enerjisindən tutmuş - tullantılardan alınan enerji layihəsinədək, xüsusi hazırlanmış təklifləri təqdim edir. İndiyədək, texnoloqlarımız EDGE hesablama, IT infrastuktur monitoring və müxtəlif IoT həllərini tətbiq edərək, bir çox biznəslərə öz dəstəyini göstərib. Daha detallı söyləsək, hibrid cloud (ictimai və ya fərdi), mobil tətbiqetmə sistemləri və distant izləmə sistemi, bir çox müəssisələrə yeni istiqamət verdi və əməliyyat səmərəliliyini artırdı. Biz səhiyyə, pərakəndə satış, istehsal, istehlak, loqistika, daşınmaz əmlak və s. kimi sahələrdə uzun müddətdir ki peşakarlıqla çalışırıq. Bu isə o deməkdir ki, siz ən ünlü və ən innovativ xidmət təminatçıları ilə iş birliyi qurmusunuz.

2025-ci ilə qədər 41 milyarddan artıq IoT ilə birləşdirilimiş cihazların mövcud olacağı təxmin edilir. Nəticədə isə, təhlükəsizlik və etibarlılığ gələcək uğurun açarına çevriləcək. Amma ağıllı cihazların təhlükəsizliyi, məlumat və vəsaitinin onun istifadəçisi tərəfindən nə dərəcədə qorunmasından asılı olacaq.

Rabalon-un rəqəmsal nişanlar xidməti, özündə müxtəlif cihazları və proqram təminat platformalarını cəmləşdirir. Layihə və təqdimatlarınız üçün xüsusi tələblərə uyğun ekran, video divar, rəqəmsal menyu lövhəsi, çox ekranlı sayt və ya daha qlobal opsiyaları professional komandamız tərəfindən hazırlana bilər.

Rabalon - həm daxili, həm də xarici (müştəriləriniz ilə) ünsiyyət üçün, ideal Rəqəmsal Nişanlar həllərini təqdim etməyə hazırdır. Bu nişanlardan istifadə edərək, sifarişci daha böyük auditoriyaya öz foto/ video/ web səhifələrini/ sosial media məlumatlarını yayımlaya bilər.

Xidmətlər