fbpx

Pərakəndə

Yeni texnoloqiyalar pərakəndə satış sektorunda yüksək potensiala malikdirlər. Həmin texnoloqiyalardan istifadə, satışı xeyli artırmaq, mağaza daxili oğurluq hallarını azaltmaq və təchizat zəncirini daha səmərəli şəkildə qurmaq imkanını yaradır. Eyni zamanda, həmin innovasiyalar, bir mağazaya daxil olub, ənənəvi alış-veriş təcrübəsini kökündən dəyişməyə qadirdilər. Son on ildə pərakəndə sektorunda tətbiq olunan yeni texnoloqiyalar çox müsbət nəticələr verməkdə davam edir. Çünki pərakəndə satış fərqli və eyni zamanda çox mürəkkəb bir sistemə malikdir.

Müasir texnoloqiyalardan istifadə edərək, istehsal, təchizat, habelə loqistika sahəsində də səmərəli nəticələri əldə etmə mümkündür. Bu sferanın xidmətlərinə: stok və anbar idarəçiliyi, m-ticarət imkanları, loqistika idarəçiliyi, sifarişin rəsmiləşdirilməsi və idarəetməsi, e-ticarət təklifləri, satış artırma sxemləri, müştərilərlə əlaqə platformaları, Omni kanal həlləri və ümumi satış proqnozlaşdırılması da daxildir.

Xidmətlər